XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2020 - 12:27

Rusiyada koronavirus:son sutkada 5 635 nəfər yoluxub

Rusiyada son sutka ərzində daha 5 635 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Operativ Qərargahın məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 818 120 nəfərə çatıb.

Son sutka ərzində 85 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 13 354 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 603 329 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir. (apa)