XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 13:11

Çində koronavirus:son 4 ayda ən yüksək yoluxma halı qeydə alınıb

Koronavirusun ilkin mənbəyi olan Çində xaricdən qaynaqlanmayan gündəlik yoluxma sayı 57-yə yüksəlib.

Ümumilikdə son sutkada ölkədə 61 nəfər COVID-19-a yoluxub.

“Euronews” xəbər verir ki, bu göstərici son zamanlar ölkə daxilindən qaynaqlanan ən yüksək yoluxma sayıdır.

Məlumata görə, analoji ən yüksək yoluxma sayı martın 6-da qeydə alınıb və həmin rəqəm 75 nəfər təşkil edib.

Bildirilib ki, Şərqi Türküstanda yerləşən Sincan Uyğur Muxtar Rayonunda qeydə alınmış gündəlik yoluxma hallarının sayı az qala iki dəfə artaraq 41-ə yüksəlib.

Rəsmi məlumata görə, ölkədə indiyədək 83 891 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 4 634 nəfər virusdan ölüb. (report)