XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2020 - 15:14

İranda COVID-19:son sutkada 212 nəfər vəfat edib

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 212 nəfər vəfat edib.

Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 15 912 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 434 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 293 606 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 255 144 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 819 nəfərin vəziyyəti ağır və ya orta ağırdır. (apa)