XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2020 - 22:14

“Ayasofya ilə bağlı qərara hamı hörmət etməlidir” –Çavuşoğlu

“UNESCO ilə əlaqədəyik. Ayasofya namazdan əlavə, ziyarət üçün açıq olacaq”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ispaniyalı həmkarı Arança Qonsalez Layya ilə birgə mətbuat konfransında deyib.

“Yunanıstanın reaksiyasını başa düşmək mümkün deyil. Bu, Türkiyənin suverenlik məsələsidir. Bayraq yandırma və digər cılız hərəkətlər onlara yaraşır. Qəbul etdiyimiz qərara hamı hörmət etməlidir. Biz necə ki, Aya Sofyanı 1453-cü ildən bu günə kimi qorumuşuqsa, yenə də qoruyacağıq”, – deyə Türkiyə XİN başçısı qeyd edib. (apa)