İngiltərənin Xarici İşlər naziri Dominik Raab güclü tədbirlər görülərsə koronovirusun ikinci dalğasının qarşısını almağın mümkün olduğunu söyləyib.
O, bildirib ki, Nazirlər Kabineti tərəfindən sürətli və qətiyyətli addımlar atılmadığı təqdirdə ikinci dalğaya, həmçinin sərtləşdirilmiş karantin rejiminə hazırlıqlı olmaq lazımdır.
Xarici İşlər naziri İspaniyadan gələn turistlərə tətbiq edilən 14 günlük karantin rejiminin başqa ölkələrdən gələnlərə də tətbiq edilməli olduğunu açıqlayıb.
Raab hökumətin qəbul edilən bu qərarlara görə üzr istəməyəcəyini qeyd edib. (azertac)