Türkiyədə daha 17 nəfər koronavirusdan ölüb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da koronavirus qurbanlarının sayı 5 630 nəfərə çatıb.
Son sutkada daha 919 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 227 019 nəfərə çatıb. (report)