XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 00:56

İsraildə koronavirus:bir sutkada 1817 nəfər yoluxub

İsraildə son sutka ərzində yeni növ koronavirus infeksiyasına yoluxanların sayı 1817 nəfər artaraq ümumilikdə 63 581-ə çatıb.

Həmçinin eyni diaqnozdan 6 nəfər ölüb, ölənlərin ümumi sayı 474 olub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda İsraildə 35 982 koronaviruslu xəstə var, onlardan 310 nəfəri ağır vəziyyətdədir, daha 96 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Bununla yanaşı, 27 125 nəfər müalicə olunaraq sağalıb. (apa)