XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 10:05

Braziliyada daha 23 mindən çox insan koronavirusa yoluxdu –614 nəfər isə ölüb

Braziliyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 23 mindən çox artıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, son sutkada ölkədə daha 600-dən çox insan ölüb.

Səhiyyə Nazirliyi qeyd edib ki, son 24 saat ərzində Braziliyada həkimlər xəstəliyə 23 284 yoluxmanı və 614 ölüm hadisəsini qeydə alıblar.

Bir gün əvvəl bu göstəricilər müvafiq olaraq 24 578 yoluxma və 555 ölüm təşkil edib.

Braziliyada infeksiyanın yayılmasının bütün vaxtı ərzində koronavirusa 2 442 375 yoluxma aşkar edilib. Bununla yanaşı, ölkədə COVID-19-dan 87 618 pasiyent ölüb/Report.