XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 10:45

Özbəkistanda daha 686 nəfərdə koronavirus aşkarlanıb –Ölənlər var

Özbəkistanda koronavirusa yoluxanların sayı son bir gündə 686 nəfər artaraq 21 506-ə çatıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Sutkalıq yoluxma üzrə qeydə alınan bu rəqəm ikinci ən yüksək göstəricidir. Bundan əvvəl iyulun 14-də ölkədə 689 nəfərdə koronavirus aşkarlanmışdı.

Ötən gün Özbəkistanda COVID-19-dan 5 nəfər vəfat edib.

Ölkədə virusa yoluxan 11 674 nəfər müalicə olunaraq sağalıb, 122 nəfər ölüb. Aktiv xəstə sayı 9 710 nəfərdir, 81 pasiyentin vəziyyəti isə ağırdır/Report.