Ermənistanda daha 239 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 37 629-a yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 8 nəfər artaraq 719-a çatıb. İndiyədək 27 357 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 9 330 aktiv koronavirus xəstəsi var/Report.