XƏBƏR LENTİ

28 Sentyabr 2020
27 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 12:58

Boliviyanın müvəqqəti hökuməti ölkədə milli fəlakət rejimi elan etdi –Koronavirusla bağlı

Boliviyanın müvəqqəti hökuməti koronavirus pandemiyasının nəticələrinə qarşı mübarizə aparmaq məqsədi ilə kredit almaq üçün ölkədə milli fəlakət rejimi elan edib.

TASS xəbər verir ki, müvafiq sərəncam Boliviya hökumətinin rəsmi qəzetinin saytında dərc olunub.

Sənəddə qeyd olunur ki, İqtisadiyyat Nazirliyi pandemiyanin nəticələrinin aradan qaldırılmasına yönəlmiş iqtisadi tədbirləri həyata keçirmək məqsədilə Boliviya Mərkəzi Bankına dövlət xəzinəsinin xeyrinə kredit almaq üçün müraciət edəcək. Kreditin məbləği sərəncamda əks olunmayıb.

Qeyd edək ki, Boliviyada indiyə qədər 71 mindən çox insan yeni növ koronavirusa yoluxub, 2,6 mindən çox insan COVID-19 qurbanı olub. Martın ortalarında müvəqqəti hökumət ölkədə fövqəladə vəziyyət rejimi elan edib/Report.