XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2020 - 13:25

“Böyük Peyğəmbər” –İran Fars Körfəzi ilə Hörmuz boğazının qərb hissəsində hərbi təlimə start verdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İRGC; “Sepah”) bu gün Fars Körfəzində, habelə Hörmuz boğazının qərb hissəsində 14-cü “Böyük Peyğəmbər” (“Pəyambəre-Əzəm”) hərbi təlim keçirir.

“RİA Novosti” xəbər verir ki, dəniz qüvvələri, hava və kosmik qüvvələrinin iştirakı ilə keçirilən təlimlərə həm də raket bölmələri və dronlar da cəlb ediləcək.

Təlimdə iştirak edən hərbi hissələrin bu il aprel ayında orbitə yerləşdirilmiş İranın ilk hərbi peyki olan “Nur”dan məlumat dəstəyi aldıqları da bildirilir/Report.