XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 19:27

Ermənistanlı deputat:"Hökumət iqtisadiyyatla bağlı yalan məlumat verib"

“Ermənistan iqtisadiyyatı ilə bağlı rəsmi statistikaya inanmıram”.

“Novosti Armeniya” xəbər verir ki, bunu Ermənistan parlamentindəki qərbyönlü sayılan müxalifət fraksiyasının lideri, İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan bildirib.

Onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələri böhran vəziyyətindədir və açıqlanan rəqəmlərdə bu özünü əks etdirmir.

Qeyd edək ki, Ermənistan Statistika Komitəsinin açıqlmasına əsasən, 2020-ci ilin birinci yarısında iqtisadi tənəzzül 4,7 faiz, sənaye istehsalının həcmi 1,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu 1,7 faiz azalıb, tikinti sektorunda tənəzzül 23,4 faiz, ticarət dövriyyəsində 11,1 faiz, xidmətlərin həcmində (ticarət istisna olmaqla) 6,4 faiz, ixracatda 6,5 faiz, idxalatda 12,9 faiz təşkil edib.

E.Marukyan bu rəqəmlərin reallığı əks etdirmədiyini vurğulayıb/Report.