XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2020 - 23:00

“Twitter” Trampın oğluna paylaşım etməyi məhdudlaşdırdı

“Twitter” sosial şəbəkəsi ABŞ prezidenti Donald Trampın oğlu Donald Conun öz hesabından paylaşım etməyi müvəqqəti olaraq məhdudlaşdırıb.

“Report” xəbər verir ki, buna səbəb onun öz səhifəsində COVID-19 haqqında yalan məlumat yaymağıdır.

Qeyd edək ki, bundan əvvəl canlı yayım platforması olan “Twitch” ABŞ prezidenti Donald Trampın hesabını nifrət təşviq etdiyinə görə müvəqqəti bloklayıb.

“Twich” platforması dünyanın ən varlı şəxsi olan Jeff Bezosa məxsusdur. Tramp administrasiyası isə 2019-cu ildə “Twich”də hesab yaradıb.