Belarusda saxlanılan döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir.
APA-nın xəbərinə görə, bu barədə “Belta” agentliyi hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
*****
Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb.
APA-nın “Belta” dövlət informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Belarus hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iyulun 29-na keçən gecə Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsü saxlanılıb.
Hələlik saxlanılanlarla bağlı ətraflı məlumat verilməyib.