XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2020 - 20:29

İsveçrədə pandemiya qurbanlarının sayı 1700-ü ötdü

İsveçrədə son sutkada 193 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bunu ölkənin Federal İctimai Səhiyyə İdarəsi açıqlayıb.

Məlumata görə, ölkədə eyni dövr ərzində 3 nəfər virusun qurbanı olub. Beləliklə, Mərkəzi Avropa ölkəsində indiyədək 34 802 yoluxma faktı aşkarlanıb, onlardan 1 703 nəfəri ölüb.