XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

20 May 2015 - 04:49

Kim Çen In BMT baş katibinin Şimali Koreyaya gəlməsini qadağan etdi

kim cen.jpg

Koreya Xalq Demokratik Respublikasının rəhbərliyi BMT baş katibi Pan Qi Munun “Keson” sənaye zonasına səfərinə qadağa qoyub.

“BBC”-nin verdiyi xəbərə görə, bu barədə Pan Qi Mun özü Seulda çıxışı zamanı bildirib.

“Bu gün səhər saatlarında KXDR rəhbərliyi diplomatik kanalların vasitəsilə mənim Kesona daxil olmağım üçün əvvəl verilən icazənin geri götürülməsi barədə bizi məlumatlandırıb. Bunun səbəbləri bizə məlum deyil”, deyə BMT baş katibi bildirib.

Qeyd edək ki, Seul və Pxenyan tərəfindən razılaşdırılmış səfər mayın 21-nə planlaşdırılmışdı.

Bundan əvvəl BMT baş katibinin Şimali Koreyaya sonuncu səfəri 20 il əvvəl, 1993-cü ildə Butros Butros Qali tərəfindən həyata keçirilib.