XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 July 2020 - 14:43

Dövlət katibi:"“Vaqner”in döyüşçüləri Belarusda terror aktları törətməyə hazırlaşıblar"

Belarusda saxlanılan Rusiyanın “Vaqner” qrupunun döyüşçüləri ölkədə terror aktları törətməyə hazırlaşıblar.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə Belarusun Təhlükəsizlik Şurasının dövlət katibi Andrey Ravkov bildirib.

O qeyd edib ki, faktla bağlı cinayət işi başlanılıb.

Xatırladaq ki, ötən gün Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir/APA.