Moldova Prezidenti İqor Dodon konstitusiya islahatlarının hazırlanması üçün komissiya yaradıb. Prezident bunu ölkənin Əsas Qanununa dəyişikliklərə hazırlıq yolunda ilk addım hesab edir.
Azərtac “Newsmaker”ə istinadla xəbər verir ki, bu dəyişikliklər bir sıra sahələri əhatə edəcək.
Dodonun sözlərinə görə, “son illər Konstitusiya yurisdiksiyası sahəsində bəzi mürəkkəbliklər əmələ gəlib”, ona görə də bu sahədə islahatlar zəruridir.
O əlavə edib ki, bu qərar 2014-2020-ci illərdə siyasi qaçqınların problemlərinin, deputatların sayının azaldılması təklifinin və milli təhlükəsizlik problemlərinin konstitusion qaydada bloklanması ilə əlaqədar qəbul edilir.
Həmçinin məlumdur ki, komissiyaya Konstitusiya Məhkəməsinin sabiq rəhbəri Dmitri Pulbere başçılıq edir. Ümumilikdə komissiya üzvlərinin siyahısında 21 nəfər nəzərdə tutulur, onların arasında daha iki nəfər Konstitusiya Məhkəməsinin sabiq vəzifəli şəxsləridir.
Xatırladaq ki, Dodon 2020-ci ildə Prezident seçkilərində özünün iştirakını istisna etmir.