Sinqapurun “Çanqi” aeroportu dünyanın ən yaxşı aeroportu seçilib.
Azərtac Anadolu Agentliyinə istinadla xəbər verir ki, “Skytrax Dünya Aeroport Mükafatları” təşkilatının rəsmi səhifəsində sərnişinlər arasında aparılan sorğu nəticəsində qalib Sinqapurun “Çanqi” aeroportu olub. İkinci yeri Koreya Respublikasındakı “İnçhon”, üçüncü yeri isə Almanıyanın Münhen aeroportu tutub.
Qeyd edək ki, sorğu 550 aeroportda, 106 ölkənin nümayəndəsi olan 13 milyon 250 min sərnişin arasında aparılıb.