XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2020 - 12:16

Angela Merkel BMT-nin iclasında iştirak etməyəcək –Səbəb

Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Hayko Maas BMT Baş Assambleyasının sentyabrda Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftəsində iştirak etməyəcəklər.

Bunu Almaniyanın BMT-dəki daimi nümayəndəsi Kristof Hoysgen iyulun 31-də keçirdiyi mətbuat konfransında bildirib.

O, bunu COVID-19 pandemiyası ilə bağlı təlimata əməl etmələri ilə əsaslandırıb.

Bir müddət əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft bildirmişdi ki, ABŞ prezidenti Donald Tramp tədbirdə şəxsən çıxış edəcək yeganə dövlət başçısı olacaq. Başqa liderlərin çıxışları videomüraciət şəklində göstəriləcək.

Bununla belə Nyu-Yorkdakı tədbirə arzu edən qatıla bilər. (report)