XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2020 - 18:10

Vyetnamda koronavirus:ilk ölüm faktı qeydə alınıb

Vyetnamda yeni növ koronavirusun səbəb olduğu pandemiya dövründə ilk dəfə COVID-19 xəstəsi infeksiyanın qurbanı olub.

Bu barədə yerli “Vietnam News” nəşri yazıb.

Qeyd olunub ki, ölüm faktı barədə Vyetnamın COVID-19-un yayılmasının qarşısının alınması və profilaktikası üzrə komitəsi məlumat verib. Bildirilib ki, 428 nömrəli xəstə ölüb.

Qeyd edək ki, Vyetnamda pandemiya zamanı 509 nəfər, o cümlədən iyulun 25-dən 31-dək 93 nəfər koronavirusa yoluxub. (report)