ABŞ-da son sutka ərzində 67 619 yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb.
Bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin hesabatında deyilir.
Universitetdən verilən məlumata görə, son 24 saat ərzində ABŞ-da həmçinin COVID-19 xəstəliyindən 1 323 ölüm hadisəsi qeydə alınıb. Bununla da ölkədə ümumi yoluxma hallarının sayı 4 495 015-ə çatıb, 152 mindən çox insan isə pandemiyanın qurbanı olub. Eyni zamanda 1,4 milyondan çox pasiyent sağalıb. (report)