XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2020 - 21:29

Böyük Britaniyada karantin rejiminin yumşaldılması dayandırılıb –Boris Conson

Konoravirusa yeni yoluxma hallarının artması ilə əlaqədar Britaniya hökuməti karantinin yumşaldılmasının növbəti mərhələsini dayandırıb.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş naziri Boris Conson deyib.

“Biz virusu nəzarətdə saxlamaq üçün əyləcə basmalıyıq. Avqustun 1-dən yoluxma riski böyük olan bir sıra müəssisələri açmağı düşünürdük. Lakin mən qeyd etməliyəm ki, biz hazırkı dəyişikliyi ən azı iki həftəlik təxirə salmağa məcburuq”, – deyə baş nazir bildirib.

Qeyd edək ki, yumşalmanın növbəti mərhələsi avqustun 1-dən başlamalı idi. Bolinq və kazino zalları açılmalı, qapalı müəssisələrdə bir sıra tədbirlərin keçirilməsinə icazə verilməli idi.

Xatırladaq ki, buna qədər hökumət mart ayının 23-dən tətbiq edilən karantin rejiminin yumşaldılması ilə bağlı qərarları ləğv etməyib. (apa)