XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2020 - 22:30

Almaniyada ticarət mərkəzinə hücum olub –11 nəfər yaralanıb

Almaniyanın paytaxtı Berlində naməlum şəxslər ticarət mərkəzinə hücum edib.

Məlumatı “RİA Novosti” yayıb.

Hadisə nəticəsində 11 nəfər yaralanıb.

“Berlinin Krosberq rayonunda çoxlu sayda xəsarət alan var. Biz Xermannplasdakı Xazelhayd ticarət kompleksindəyik”, –  Almaniya paytaxtının Xilasetmə Xidmətinin “Twitter” səhifəsində bildirilib.

Xidmət bunu qarətə cəhd hesab edir. Hücum zamanı qaz balonundan istifadə edilib.

Polisdən “Xermannplas” metro stansiyasının bağlandığı bildirilib. (report)