XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2020 - 23:12

Türkiyədə koronavirusa yoluxanların sayı 230 mini keçdi –Səhiyyə naziri

Bu gün Türkiyədə daha 17 nəfər koronavirusdan ölüb.

Bu barədə Səhiyyə naziri Fahrettin Qoca bildirib.

Nazir qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının sayı 5 691 nəfərə çatıb.

Fahrettin Qocanın sözlərinə görə, son sutkada koronavirusa 982 yoluxma qeydə alınıb. Beləliklə, Türkiyədə koronavirus xəstələrinin sayı 230 873 nəfərə yüksəlib.

Son sutkada daha 996 pasiyent sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların sayı 214 535 nəfərdir. (report)