XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

01 Avqust 2020 - 10:34

ABŞ Ali Məhkəməsi Meksika ilə sərhəddə divarın inşasının dayandırılmasına qarşı çıxıb

ABŞ-ın Ali Məhkəməsi ölkənin Meksika ilə sərhədində divarın inşasına əngəl olmağa çalışan iki qeyri-hökumət təşkilatının iddiasını rədd edib.

APA xəbər verir ki, bu barədə məhkəmənin qərarında qeyd edilib.

Məhkəmə dörd səsə qarşı beş səslə “Sierra Club” və “Southern Border Communities Coalition” təşkilatlarının iddiasını geri çevirib.

Qeyd edək ki, bir neçə gün əvvəl “Hanna” qasırğası ABŞ prezidenti Donald Tramp tərəfindən ABŞ və Meksika arasındakı sərhəddə inşa etdirilən divarın bir hissəsini dağıdıb.

Meksika ilə sərhəddəki divarın inşası Trampın əsas təşəbbüslərindən biridir.