XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2020 - 12:00

Ukraynada COVID-19-a yoluxanların sayı 71 mini keçib

Ukraynada son sutkada yeni növ koronavirusa daha (COVID-19) 1 172 yoluxma halı qeydə alınıb, 556 nəfər sağalıb, 16 nəfər vəfat edib.

APA-nın “Ukrinform”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının məlumatında deyilir.

Bununla da, Ukraynada koronavirusa yoluxanların sayı 71 056 nəfərə çatıb. Virusdan sağalanların ümumi sayı 39 308 nəfər, ölənlərin sayı isə 1 709 nəfər təşkil edib.