XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2020 - 14:32

Ərəb dünyasında atom stansiyası istismara verilib- İlk dəfə

Ərəb ölkələri arasında ilk dəfə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) atom stansiyası istismara verilib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, BƏƏ-nin Baş naziri və Dubayın hakimi Məhəmməd bin Rəşid əl Maktum ərəb dünyasında ilk dəfə olaraq Abu-Dabidə “Baraka” atom stansiyasının istismara verildiyini bəyan edib.

Baş nazir bildirib ki, dörd atom elektrik stansiyasından ibarət olan “Baraka” ölkənin enerji ehtiyacının ¼-ni təmin edəcək.

O, atom stansiyalarının istifadəsinin və kosmosun öyrənilməsinin ərəblərin elm sahəsində nəyə qadir olduqlarının və başqa böyük xalqlarla rəqabətə girə biləcəklərinin göstəricisi olduğunu vurğulayıb.

Qeyd edək ki, “Baraka” Atom Elektrik Stansiyası ümumi gücü 5,6 meqavatt olan dörd enerji blokundan ibarət olacaq.