XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2020 - 15:25

Rusiya və Gürcüstan xüsusi nümayəndələrinin növbəti görüşü Praqada keçiriləcək- Sentyabrda

Rusiya və Gürcüstan münasibətlərinə dair xüsusi nümayəndələrin növbəti görüşü sentyabrda keçiriləcək.

Azərtac xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib.

O bildirib ki, Rusiya Prezidentinin xüsusi nümayəndəsi, senator Qriqori Karansin ilə keçirdiyi telefon söhbəti zamanı növbəti görüşün sentyabrın sonlarında Praqada keçirilməsi barədə razılıq əldə olunub.

Z.Abaşidzenin sözlərinə görə, pandemiya səbəbindən görüşün yeri dəyişə də bilər.

Bildirib ki, Gürcüstan ilə Rusiya arasında quru sərhədlərin açılması da regiondakı epidemioloji vəziyyətdən asılı olacaq.