XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2020 - 09:00

Almaniyada icazəsiz mitinq keçirilib –Koronavirus məhdudiyyətlərinə qarşı

Almaniyanın paytaxtı Berlin şəhərində 20 min nəfərdən ibarət toplum koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlərə qarşı icazəsiz mitinq keçirib.

Bu barədə hüquq-mühafizə orqanlarının əməkdaşları məlumat verib.

Bildirilib ki, polisin müdaxiləsindən sonra mitinq dağıdılıb.

Etiraz mitinqi əvvəlcə şəhər mərkəzində 17 min insanın yürüşü ilə başlayıb. Sonradan nümayişçilər Tierqarten rayonunda “17 iyun” küçəsinə toplaşıblar. Əlavə 3 min nəfər də etirazçılara qoşulub.

Qeyd edək ki, ötən sutka ərzində Almaniyada 955 nəfərdə yoluxma aşkarlanıb. Ölkədə ümumilikdə 209 653 nəfər yeni virusa yoluxub. Onlardan 9148-i ölüb, 193 minə yaxın xəstə isə sağalıb. /APA