XƏBƏR LENTİ

03 Avqust 2020

Digər Xəbərlər

02 Avqust 2020 - 09:11

Tramp Floridada fövqəladə vəziyyət rejimi elan edib –Səbəb

ABŞ prezidenti Donald Tramp “İsayya” qasırğasının yaxınlaşmasına görə Florida ştatında fövqəladə vəziyyət rejimini elan edib.

Bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Prezidentin qərarı Daxili Təhlükəsizlik Nazirliyinə, Fövqəladə İdarəetmə üzrə Federal Agentliyə fövqəladə vəziyyətin səbəb olduğu yerli əhalinin çətinliklərini və əziyyətlərini yüngülləşdirmək üçün bütün təcili cavab tədbirlərini əlaqələndirmək səlahiyyəti verdi”, – mətbuat xidmətində bildirilib.

Bundan başqa, xəbərdə qeyd edilir ki, Fövqəladə İdarəetmə üzrə Federal Agentlik fövqəladə vəziyyətin fəsadlarının yumşaldılması üçün avadanlıq və resurslarını səfərbər edə bilər.