XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2020 - 09:57

Almaniyada koronavirus:yoluxanların sayı 209,9 minə çatır

Son sutka ərzində Almaniyada koronavirusa 240 yoluxma qeydə alınıb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyinin strukturuna daxil olan və koronavirusla bağlı hesablamalar aparan Robert Kox İnstitutu məlumat yayıb.

Məlumata görə, bununla da COVID-19 infeksiyasına yoluxanların sayı 209 893 nəfərə çatıb.

Qeyd edilir ki, ölkədə təhlükəli infeksiyadan ölənlərin sayı 9 141 nəfərdir. Bununla yanaşı, virusa yoluxmuş təxminən 193 min insan sağalıb.