Belarusda son sutkada daha 121 nəfərdə koronavirus aşkarlanıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bununla da Belarusda yoluxma hallarının sayı 68 067-yə çatıb.
Son gündə koronavirusdan 4 nəfər ölüb.
Pandemiya qurbanlarının ümumi sayı isə 567-yə çatıb. Belarusda indiyədək ümumilikdə 1 319 976 test aparılıb. /Report.az