XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2020 - 19:58

Ağ Ev rəsmisi:"Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək"

“ABŞ prezidenti Donald Tramp prezident seçkilərinin təxirə salınması ehtimalını nəzərdən keçirməyib. Seçkilər əvvəldən planlaşdırıldığı kimi 3 noyabrda keçiriləcək”.

Bu barədə Ağ Evin qərargah rəisi Mark Meadous bazar günü CBC-ə verdiyi müsahibədə məlumat verib.

O, əlavə edib ki, noyabrın 3-də seçkilər keçiriləcək və prezident Tramp qalib olacaq:

“Müzakirələr yalnız səsvermənin poçt vasitəsilə həyata keçirilməsinə aiddir. Bu, ölkə üçün pis bir fikirdir”.

Mark Meadous bildirib ki, seçkinin bu formatda keçirilməsinə Tramp da qarşıdır:

“Çünki gecikmə olacaq, səlahiyyətli şəxslər hələ bu formatda seçki keçirməyə hazır deyillər”.

Qeyd edək ki, ABŞ-ın 59-cu prezident seçkiləri noyabrın 3-nə təyin edilib. /APA