XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

18 Mart 2016 - 02:56

Avropa Parlamentindən Putinə sanksiya xəbərdarlığı

putin-v

 

Avropa Parlamentinin rəhbəri Putinə qarşı sanksiyaların tətbiqinin mümkünlüyünü istisna etməyib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Brüsseldə  Avropa Parlamentinin sədri Martin Şults  bildirib.

Martin Şults Ukraynanın hazırladığı “Savçenko siyahısı”nın ona təqdim edildiyini təsdiqləyib. “Bu siyahı mənə təqdim edilib. Müvafiq qurumlarımız və mən özüm də bu siyahını araşdıracağıq. Siz sualı belə qoydunuz: “Siyahıda yer alan bütün şəxslər persona non qrata elan ediləcəkmi və  prezident Putinin adı çəkilibmi? Mənim cavabım belədir: “Siyahıdakı şəxslərin hamısı persona non qrata elan edilməyəcək. Ola bilər ki, bu bir nömrəli şəxsə (Rusiya prezidentinə) aid edilməsin”, – deyə Martin Şults  ukraynalı jurnalistin müvafiq sualına cavabında bildirib. 

Qeyd edək ki,  “Savçenko siyahısı” 40 nəfərdən çox şəxsi əhatə edir. 

İlkin məlumata görə, siyahıya Rusiya FTB rəhbəri Aleksandr Bortnikov, İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin, XİN rəhbərinin birinci müavini Vladimir Titov daxil edilib.