XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 August 2020 - 10:28

Braziliyanın Prezident Administrasiyasının rəhbəri COVID-19-a yoluxub

Braziliyanın Prezident Administrasiyasının başçısı Valter Braqa Nettoda koronavirus infeksiyası aşkarlanıb.

Bu barədə onun ofisi bildirib.

Qeyd edilir ki, Braqa Netto özünü yaxşı hiss edir və heç bir xəstəlik simptomuna malik deyil.

Qeyd edilir ki, o, hələlik təcridetmə şəraitində qalacaq.

Ötən həftə COVID-19 həmçinin Braziliya prezidentinin xanımı Mişel Bolsonaruda, Elm və texnologiyalar naziri Markus Pontesada da aşkar edilib. Braziliya prezidenti özü artıq koronavirusdan sağalıb. Dövlət başçısında iyulun əvvəllərində yüksək temperatur və halsızlıq simptomları ilə koronavirusa yoluxma təsdiqlənib. Bütün bu vaxt ərzində o təcrid edilib və tək qalıb/Report.