Ermənistanda daha 196 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 39 050-yə yüksəlib.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 768-ə çatıb. İndiyədək 30 372 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 7 930 aktiv koronavirus xəstəsi var/Report.