XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2020 - 12:15

Tramp:“Yaxın Şərqə girmək qərarı ABŞ tarixində yeganə ən böyük səhvdir”

ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı ABŞ qüvvələrinin sayının azaldılacağını deyib. 

Bu barədə D. Tramp “Axios on HBO”ya müsahibəsində bildirib.

Əfqanıstandakı ABŞ qüvvələrinin sayının 4 000-ə endiriləcəyini vurğulayan ABŞ Prezidenti bununla bağlı dəqiq tarixi açıqlamayıb.

“Biz Süleymanini, əl-Bağdadini məhv etdik. Biz elə qüvvələri məhv etdik ki, insanlar bunun mümkünlüyünə heç vaxt inanmazdılar. Əl-Bağdadi ən böyük terrorçu idi və mən onu aradan götürdüm. Süleymani daha böyük fiqur idi, mən onu da aradan götürdüm. Mən elə işlər gördüm ki, digər ABŞ prezidentləri bunu etməyiblər. Ümumilikdə isə onlar Yaxın Şərqə getməməli idilər. Yaxın Şərqə girmək qərarı ABŞ tarixində yeganə ən böyük səhvdir. Bu, mənim düşüncəmdir”, – deyə D. Tramp qeyd edib/APA.