XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2020 - 15:09

Lukaşenko konstitusiyanı dəyişmək istəyir:“Belarus dəyişib, biz də dəyişmişik"

Belarus prezidenti Aleksandr Lukaşenko referendum vasitəsi ilə ölkənin konstitusiyasını dəyişmək niyyətində olduğunu açıqlayıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə onun seçkiqabağı proqramında bildirilib.

“Belarus dəyişib, biz də dəyişmişik. Ölkənin taleyinə görə məsuliyyəti belarusların öz üzərilərinə götürməsi açıq-aydındır. Bu məsuliyyətin dərəcəsini xalq özü küçə və meydanlarda deyil, qanun əsasında müəyyənləşdirəcək. Gəlin konstitusiyadan başlayaq”, – o, proqramında yazıb.

A.Lukaşenko hesab edir ki, belaruslar ümumxalq müzakirəsi zamanı öz hüquqlarını, azadlıq və vəzifələrini, eləcə də dövlət orqanlarının səlahiyyətlərini müəyyənləşdirəcək.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçiriləcək. A.Lukaşenko yenidən prezident olmaq üçün 6-cı dəfə namizədliyini irəli sürüb/Report.