XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2020 - 15:27

Belarus Prezidenti:"“Vaqner”in döyüşçüləri xüsusi olaraq ölkəmizə göndərilib”

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəyə daha bir əcnəbi dəstənin gəlməsi barədə məlumatlı olduğunu deyib.

TASS-ın verdiyi xəbərə görə, A. Lukaşenko bu barədə prezident seçkiləri öncəsi çıxışında bildirib.

O deyib ki, Minsk yaxınlığında saxlanılan ruslar xüsusi olaraq Belarusa göndərilib.

Belarus Prezidenti ölkədə sabitliyin pozulmasına milyardlarla vəsaitin yönəldildiyi vurğulayıb.

A.Lukaşenko Rusiya tərəfini saxlanılan ruslarla bağlı yalan danışmağı dayandırmağa çağırıb.

Xatırladaq ki, iyulun 29-da Belarus hüquq-mühafizə orqanları Minsk ətrafında xarici özəl hərbi şirkətin 32 döyüşçüsünü saxlayıb. Sonradan məlum olub ki, döyüşçülər Rusiyanın “Vaqner” özəl hərbi qrupunun üzvləridir/APA.