İsrail ordusu Colan yüksəkliklərinin Kuneytrə bölgəsinə mərmi atıb, 4 mülki şəxs ölüb.
Bu barədə Suriyanın “Al Vatan” qəzeti məlumat yazıb.
“Bazar ertəsi axşam İsrail qüvvələrinin atdığı mərmi nəticəsində Kuneytrə əyalətinin cənubundakı Ein Qadi qəsəbəsindən olan dörd mülki şəxs həlak olub”, – qəzetin məlumatında bildirilib/APA.