XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

04 Avqust 2020 - 23:16

“Microsoft” və “TikTok” arasında sövdələşmə “oğurluqdur”- “China Daily” qəzeti

Çin hökuməti ABŞ-da “ByteDance” kompaniyasının ona məxsus olan “TikTok” əlavəsini “Microsoft” kompaniyasına satması cəhdlərinə adekvat cavab verəcək.

Bu barədə həmin sövdələşməni “oğurluq” adlandıran “China Daily” qəzeti məlumat yayıb. “Birləşmiş Ştatların Çinin texnologiya kompaniyalarını hədələməsi Vaşinqtonun “Amerika hər şeydən üstündür” şüarını tətbiq etməsinin nəticəsidir və bu, Çinə “tabe olmaqdan və ya texnologiya sahəsində ölümcül döyüşdən” başqa seçim yeri qoymur”, – deyə qəzetin redaksiya məqaləsində deyilir.

“Əgər ABŞ administrasiyası Çin kompaniyalarının planlaşdırılan məhvini və ələ alınması tədbirlərini həyata keçirsə, Pekinin buna cavab vermək üçün çox seçimi var”, – qəzet belə yazır.

Xatırladaq ki, avqustun 3-də ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərlə görüşündə sentyabrın 15-dək “Microsoft” və ya digər Amerika kompaniyasına satılmayacağı təqdirdə “TikTok” əlavəsinin Birləşmiş Ştatlarda fəaliyyətini dayandıracağı ilə hədələyib.

Hazırda Çin kompaniyasını təmsil edən nümayəndələr Donald Tramp administrasiyasının “TikTok” əlavəsini tam qadağan etmək planlarına mane olmaq üçün Ağ evlə danışıqlar aparır.

“Microsoft” kompaniyasının isə hələ əlavənin alınması barədə yekun qərar vermədiyi bildirilir. Kompaniya nümayəndələrinin sözlərinə görə, “TikTok” əlavəsinin satın alınması barədə Ağ evin icazəsindən sonra belə bu qərar dəyişdirilə bilər. Alış-satış çinlilərin yeni kompaniya ilə heç bir əlaqəsi olmadan ciddi şərtlərə uyğun olaraq aparılmalıdır.

Qeyd edək ki, bəzi ABŞ rəsmiləri milyarda yaxın istifadəçisi olan kompaniyanın Çin hökuməti ilə əlaqəli olduğunu və Pekin üçün məlumat toplamaq üçün istifadə edildiyini düşünür.

“TikTok” isə öz növbəsində Çin hökuməti ilə əlaqəsini dəfələrlə inkar edib.