Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində pirotexnika anbarıngüclü partlayış baş verib.
Məlumata görə, Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.
Bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.
Son məlumatlara görə, partlayış 12 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.
Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib/APA.