XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2020 - 10:23

Beyrutdakı partlayışda ölənlərin sayı 100-ü ötüb- VİDEO

Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

APA-nın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı məlumat yayıb. 

Bildirilib ki, hadisə nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb.

Partlayış zamanı xəsarət alanların sayı isə 4 mini keçib.

****

Beyrut limanında qaynaq işləri aparılan zaman orada saxlanılan 2750 ton ammonium nitrat duzu (partlayıcıların və ya azot gübrələrinin hazırlanmasında istifadə olunur – Red.) partlayıb.

APA “Al Jazeera”ya istinadən xəbər verir ki, bunu Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim bildirib.

“Oğurluq hallarının qarşısını almaq məqsədilə doldurulma dəliklərində qaynaq işləri aparılarkən limanda saxlanılan 2700 tondan çox ammonium nitrat duzunun partlaması baş verib”, – deyə telekanal xidmət rəhbərinə istinadən bildirib.

A.İbrahim həmin maddələrin gəmi ilə Afrikaya göndəriləcəyi üçün limanda saxlanıldığını deyib.

Livan prezidenti Mişel Nəim Aun isə ammonium nitrat maddəsinin 5 ildən artıq müddətdə limanda təhlükəsizlik qaydalarına əməl olunmadan saxlanılmasını “qəbuledilməz” adlandırıb və buna görə məsul şəxslərin ciddi cəzalandırılacağını vurğulayıb.

O da qeyd olunur ki, həmin maddələrin olduğu yük bir neçə il əvvəl qaçaqmalçılıq zamanı ələ keçirilib və məhv edilməsi üçün bu günədək limanda saxlanılıb.