XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

05 Avqust 2020 - 11:02

Beyrutdakı partlayışda 3 erməni ölüb, 100-ə yaxın erməni isə xəsarət alıb

Beyrut limanında baş verən partlayışda 3 erməni ölüb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan “Facebook”da bildirib.

Onun sözlərinə görə, partlayış nəticəsində 100-ə yaxın erməni isə xəsarət alıb.

Ermənistan parlamentinin deputatı Anna Kostanyan bildirib ki, Beyrutda yaşayan çoxlu sayda erməni ölkəyə qayıtmaq niyyətindədir. 

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 100 nəfərdən çox insan ölüb, 4 mindən çox insan isə xəsarət alıb.