2020-ci ilin II rübündə İsveç iqtisadiyyatı ötən rüb ilə müqayisədə rekord həddə – 8,6% səviyyəsində azalıb.
“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumat görə, illik müqayisədə bu ilin II rübündə İsveçdə ÜDM 8,2% azalıb. Ölkə iqtisadiyyatında hazırda müşahidə olunan resessiyaya baxmayaraq, ÜDM-in azalma templəri bir çox Avropa ölkələri ilə müqayisədə daha azdır.
Qeyd edək ki, COVID-19 pandemiyasının fonunda Avrozonada bu ilin II rübündə iqtisadiyyat ötən rüblə müqayisədə 12,1% azalıb. Regionun aparıcı iqtisadiyyatı olan Almaniyada ÜDM 10,1%, İspaniyada 18,5%, İtaliyada isə 12,4% azalıb.