XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 August 2020 - 23:03

Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub –Qubernator açıqladı

Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında baş verən partlayışın ölkəyə vurduğu maddi ziyanın məbləği açıqlanıb.

“TASS” xəbər verir ki, dəyən ziyanın məbləğini Beyrut şəhərinin qubernatoru Mərvan Abbud “Al-Hadath” telekanalına verdiyi açıqlamasında söyləyib.

“Partlayış nəticəsində vurulan maddi ziyan elan ediləndən daha çox ola bilər. Bu, 15 milyard ABŞ dolları qədər ola bilər”- deyə, o, bildirib.

Qeyd edək ki, avqustun 4-də Livan Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında yerləşən Beyrut limanında güclü partlayış baş verib.

Son məlumata görə, partlayış 135 nəfərin həyatına son qoyub, minə yaxın insan yaralanıb, onlarla insan itkin düşüb/Report.