XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

06 Avqust 2020 - 12:03

Ukraynada daha 1318 nəfərə COVID-19 diaqnozu qoyulub –31 nəfər isə vəfat edib

Ukraynada ötən gün 1 318 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu, ölkədə qeydə alınan növbəti rekorddur.

Bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqlayıb.

Məlumata görə, son sutkada 997 nəfər koronavirusdan sağalsa da, 31 nəfər xəstəliyin qurbanı olub.

Bildirilib ki, Ukraynada qeydə alınmış yoluxma hallarının sayı 76 808-ə yüksəlib. Onlardan 1 788 nəfər vəfat edib, 42 524 nəfər isə sağalıb.

Beləliklə, hazırda ölkədə 33 493 aktiv koronavirus xəstəsi var/Report.