XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 August 2020 - 16:54

İrəvan şəhərinin sabiq meri saxlanıldı –Səbəb

İrəvan şəhərinin sabiq meri və İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sabiq sədri Robert Nazaryan tutulub.

Bu barədə news.am məlumat yayıb.

Bildirilib ki, R. Nazaryan başladılan cinayət işi çərçivəsində tutulub.

Ermənistan Xüsusi İstintaq Xidməti sabiq merin saxlanıldığını təsdiqləyib.

Ermənistan KİV-in məlumatına görə, R. Nazaryandan tutulmazdan əvvəl sabiq prezident Serj Sarkisyanın əleyhinə ifadə vermək tələb olunub. R. Nazaryan isə bundan imtina edib.

Qeyd edək ki, R. Nazaryan 2003-cü ildən 2018-ci ilə qədər İctimai Xidmətlərin Tənzimləmə Komissiyasının sədri vəzifəsində çalışıb. Buna qədər isə iki il paytaxtın meri olub/APA